“Dünya standartları: XXI əsrin məktəbini necə qurmalı” kitabı müzakirə edilib
Oktyabr ayının 28-də “T-Network”un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun məktəb kollektivi ilə görüşü keçirildi. Görüşdə “Dünya standartları: XXI əsrin məktəbini necə qurmalı” kitabının təqdimatı oldu. Məktəb direktoru Qarat Qaratov ilk öncə qonağı və görüş iştirakçılarını salamladı. Sonra söz kitab müəllifi Qoşqar Məhərrəmova verildi. Müəllif Azərbaycanın beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirakı barədə ətraflı məlumat verdi. Eyni zamanda, müəllifin kitabda müraciət etdiyi mövzuların son dərəcə aktuallığından, ayrı-ayrı ölkələrin təhsil təcrübələri və statistik göstəricilərinə əsaslanaraq təhlil olunmasından danışdı.
Qeyd olundu ki, kitab Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması tərəfindən Azərbaycan dilində çap olunub. Görüş kollektiv tərəfindən böyük maraqla qarşılandı, bildirildi ki, kitab Azərbaycan təhsil ictimaiyyəti üçün dəyərli mənbədir.