Heydər Əliyev Mərkəzinə və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna təşkil olunmuş ekskursiyalar
Təhsil Nazirliyi ilə Heydər Əliyev Mərkəzi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-mədəni mərkəzi arasında imzalanmış müqavilələrə əsasən Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin şagirdlərinin Heydər Əliyev Mərkəzinə və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyalara aparılması nəzərdə tutulmuşdur.
Bu Fəaliyyət planına əsasən 257 nömrəli tam orta məktəbin müəllim və şagirdləri məktəbin tərbiyə işləri üzrə direktor müavini-təşkilatçı Kamilə Kərimovanın rəhbərliyi ilə Heydər Əliyev Mərkəzinə və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaya getmişlər.
Şagirdlər Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı maraqlı məlumat və eksponatlarla tanış olmuşlar. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda isə müasir Bakı ilə qədim Bakını müqayisə etmiş, çox dəyərli məlumatlar əldə etmişlər.
Xalqın, dövlətin milli-mənəvi dəyərlərini özündə qoruyub saxlayan bu yerlərə getmək şagirdlərin dünyagörüşündə böyük rol oynayır, onlarda ruh yüksəkliyi yaradır.