"Əlaçı" Fidan
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin şagirdləri “Əlaçı” televiziya layihəsinin seçim turunda iştirak edib.
Seçim turunda paytaxtın hər bir rayonundan 30 nəfər (15 qız, 15 oğlan) XI sinif şagirdi mübarizəyə qoşulub. Bundan başqa, bilik yarışında könüllü kimi qeydiyyatdan keçən şagirdlər də iştirak ediblər.
Müsabiqənin yekunlarına görə, ən yüksək nəticə göstərən şagirdlər arasında 257 nömrəli tam orta məktəbin XIA sinif şagirdi Allahverdiyeva Fidan da var.
Şagirdimiz 5-8 oktyabr tarixində “Əlaçı” televiziya layihəsinin V mövsümünün çəkilişlərində iştirak edərək telelayihədə II yeri qazanmışdır.
Fidanı məktəbimizin kollektivi adından təbrik edir, ona yeni-yeni uğurlar qazanmağı diləyirik!