“Hekayəni paylaş” (“Share your story”) videotəqdimat müsabiqəsi
Şagirdlərdə özünüifadə bacarığının təkmilləşdirilməsi, ingilis dilində səlis və düzgün danışıq səriştəsinin inkişaf etdirilməsi məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Hekayəni paylaş” (“Share your story”) videotəqdimat müsabiqəsi keçirilir.
20 oktaybr 2022-ci il tarixində 257 nömrəli tam orta məktəbdə müsabiqənin məktəb mərhələsi keçirildi. Müsabiqədə məktəbin VIII-XI sinif şagirdləri iştirak edirdilər. Şagirdlər öz hekayələrini təqdim etmək məqsədilə videotəqdimat hazırlamışdılar. Müsabiqənin şərtlərində göstərildiyi kimi əsas fonda şagirdin özü olan videotəqdimatların müddəti 3 dəqiqədən çox deyildi.
Şagirdlərin videotəqdimatları ilk olaraq məktəbdaxili qiymətləndiriləcəkdir.
Məktəb mərhələsinin qalibi olaraq şəhər mərhələsinə təqdim edilən videotəqdimatların münsiflər heyəti tərəfindən qiymətləndirilməsi aparılacaqdır.