17 oktyabr Füzuli şəhərinin işğaldan azad olunması günüdür

    Bu gün - oktyabrın 17-si Füzuli şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür.

    2020-ci ilin oktyabrın 17-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Füzuli şəhəri və rayonun daha 7 kəndinin işğaldan azad olunduğunu elan edib.

    Həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi işğalçılardan təmizlənib.

    Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.

    Artıq Füzulinin erməni işğalçılarından təmizlənməsindən 2 il ötür. Bu gün 257 nömrəli tam orta məktəbdə bu şanlı tariximizlə bağlı tədbir keçirildi. Məktəbin tarix müəllimi İlham Kərimli Füzuli rayonunun tarixi keçmişindən söz açaraq, qalib ordumuzun necə böyük zəfər yolu keçdiyini qeyd etmişdir. İlham müəllim,həmçinin Füzuli rayonunun zəfər tarixi ilə bağlı videomateriallar da nümayiş etdirmişdir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi