Fənn müəllimləri ilə keçirilən seminar

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbər və pedaqoji heyəti üçün təşkil olunmuş metodiki seminarlar keçirilmişdir.

    Seminarda məktəb mühiti, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, şagirdlərin hərtərəfli vətəndaş kimi formalaşdırılması, fənn olimpiadalarına hazırlıq və valideynlərlə işin qurulması məsələlərinə toxunulub, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, məktəbdaxili metodiki işə nəzarət, istedadlı şagirdlərlə iş, məktəbdaxili qiymətləndirmə işinin təşkili, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, təmayülləşmənin tətbiqinin genişləndirilməsində valideynlərin maarifləndirilməsi, ictimaiyyətlə əlaqələr, məktəb saytlarının idarə olunması və digər müvafiq mövzularda çıxışlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

    Bu seminarda 257 nömrəli tam orta məktəbin direktoru və metodbirləşmə rəhbərləri də iştirak etmişdilər.

    17 oktyabr 2022-ci il tarixində məktəbin akt zalında məktəbdaxili seminar keçirilmiş, fənn müəllimləri metodiki seminarda müzakirə edilmiş yeniliklərlə tanış edilmiş, onlara dərsin təşkili, idarə olunması, gündəlik dərs planının forması və dərs dinləmələr barədə müəyyən məlumat və tövsiyələr verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi