Təhsildən yayınan uşaqlarla profilaktik işlər davam etdirilir
"Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı"na uyğun işlər davam etdirilir. Tədbirlər Planına əsasən uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı momitorinqlər mütəmadi davam etdirilir.
Təhsildən yayınma faktı adi bir məsələ olmadığından bununla bağlıməktəbdə bütün zəruri tədbirlər həyata keçirilir. Uzun müddət üzürsüz səbəbdən dərsə gəlməyən uşaqların ailəsi ilə iş aparılır. Eyni zamanda həmin uşaqlarla təhsildən yayınma, erkən nigah, əməyə cəlb olunma ilə bağlı da söhbətlər aparılır. Bu işdə valideyn-məktəb münasibəti çox önəmlidir.
Bu gün məktəbin bir qrup şagirdi ilə məktəbin UBR rəhbəri Nigar Muxtarova və tərbiyə işləri üzrə direktor müavini Kamilə Kərimova söhbətlər aparıb, növbəti görüşü keçiriblər.
Söhbət əsnasında uşaqlara təhsilin dəyərli olması, onların gələcəyi üçün təhsilin mühüm amil olduğu bir daha vurğulanıb.