"STOP bulling empatiya klubu" layihəsinin açılış tədbiri
28 sentyabr 2022-ci il tarixində Bakı şəhəri Ədalət Abbasov adına 257 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”ndə qrant qazanan "STOP bulling empatiya klubu" layihəsinin açılış tədbiri keçirilib.Tədbirdə layihənin məqsəd və vəzifələri, görüləcək işlər barədə tədbir iştirakçılarına məlumat verilib.
Layihənin əsas məqsədi bullinqə qarşı mübarizədə şagirdlərdə empatiya hissinin formalaşdırılmasıdır. Layihə 3 ay müddətində davam edəcək. Layihədə Empatiya klubuna şagirdlərin seçimi bu mövzuya marağı olanlar arasından 30 nəfər seçilməklə olacaq.
Klubun fəaliyyəti həftə içi dərsdən sonra məktəbdə təşkil ediləcək fəaliyyətlərdən ibarət olacaq. 3 ay ərzində həftədə 1 fəaliyyət və 1 dəfə də psixoloqla görüş nəzərdə tutulub. Empati klubuna seçilmiş şagirdlərin valideynləri ilə isə 2 dəfə - layihənin əvvəlində və sonunda görüş olacaq. Layihədə Film saatı – şagirdlərdə empati hissinin formalaşdırmaq üçün müxtəlif psixoloji mövzularda filmlərə baxılması da nəzərdə tutulub.
Həmçinin layihədə “Etibar poçtu” yaradılacaq.Onlar üzləşdikləri situasiyaları məktub kimi yazaraq “Etibar poçtu” vasitəsilə psixologa göndərə biləcəklər. “Etibar poçtu”na gələn məktublar konfidensiallığı qorumaq şərti ilə onlarla ayrıca psixoloji görüş keçiriləcək.
Sonda Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin məktəb mühiti və psixoloji xidmətin təşkili bölməsinin müdiri - Səidə Əhmədova layihə qalibini təbrik edərək ,öz tövsiyyələrini söyləyib.