“Zəfər tarixi” adlı konfransın I mərhələsi üzrə interaktiv dərs
2022-ci aprel ayından Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində “Zəfər tarixi” adlı konfranslar keçirilir.
26 sentyabr 2022-ci il tarixində 257 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdlərinin iştirakı ilə “Zəfər tarixi” adlı konfrans təşkil edilmişdir.
Konfransın I mərhələsi olaraq bu tədbir sinif otağında interaktiv şəkildə keçirilmişdir. Bu mərhələdə məktəbin “Zəfər tarixi” fənnini tədris edən müəllimi 9-cu sinif şagirdlərinin iştirakı ilə təhsilalanları Zəfər tariximiz barədə məlumatlandıraraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış oğullarımızı onlara tanıtmış, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədlərinə xidmət edən interaktiv dərs hazırlamışdır.
Sonra şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparılmış, müzakirələr təşkil edilmişdir.
İnteraktiv dərsdə məktəb rəhbərliyi və digər tarix müəllimləri də iştirak etmişdir.