Yaşıl layihə " Təbiəti qoruyanlar"
2022-ci ilin mart ayından Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində Yaşıl layihə: “Təbiəti qoruyanlar” adlı layihə ilə bağlı silsilə tədbirlərin keçirilməsi davam etməkdədir.
23 sentyabr 2022-ci il tarixində 257 nömrəli tam orta məktəbdə Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə 27 sentyabr Anım Günü ərəfəsində “Təbiəti qoruyanlar” layihəsi üzrə tədbir keçirilmişdir. Tədbiri məktəbin 8-10-cu sinif şagirdləri hazırlamışdır. Şagirdlər birgə hazırladıqları bu layihədə ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, dövrün qlobal problemlərinin həllinə dəstək verilməsi məsələlərinə toxunmuş, müxtəlif slaydlar nümayiş etdirmişlər.