Yeni dərs ilinin ilk Pedoqoji şura iclası
Sentyabrın 12-də yeni dərs ilinin ilk Pedaqoji Şura iclası keçirildi. Pedaqoji Şuranın gündəliyi kollektivə elan olundu. Məktəbin direktoru Pedaqoji Şuranın tərkibini təsdiqlədikdən sonra təhsil sistemindəki yeniliklərdən, birinci sinifə və məktəbəqədər hazırlığa qəbulun, şagird yerdəyişməsinin qaydalarından və qarşıda duran vəzifələrdən danışdı. Direktor müavinlərinin illik hesabatları dinlənildi. Pedaqoji Şuranın illik fəaliyyət planı ilk iclasda müzakirə olunduqdan sonra məktəbin illik fəaliyyət planının tərkibində təsdiq edildi.
Daha sonra məktəbə yeni gələn müəllimlərin kollektivlə ilk tanışlığı oldu. Məktəbin keçən tədris ilindəki uğurlarından danışan məktəb direktoru fərqlənən müəllimləri fəxri fərmanla mükafatlandırdı və kollektivə yeni dərs ilində uğurlar arzuladı.