Metodiki Şuranın iclası
Müasir dövrdə təhsil sistemi əsaslı şəkildə cəmiyyətin sosial-iqtisadi inkişafına təsir göstərir. Təsadüfi deyil ki, müxtəlif ölkələrin alimləri XXI əsrdə insanlıq qarşısında duran vəzifələrdən danışarkən, hər şeydən əvvəl, çalışırlar ki, təhsilin inkişaf istiqamətlərini müəyyənləşdirsinlər. Məktəbdə müəllimlərin metodiki sahədə apardığı iş, əsasən, metodbirləşmələrdə mərkəzləşir. Metodbirləşmələr müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində daha çox yayılmış, özünü doğrultmuş metodik işin kollektiv formalarından biridir.
31.08.2022-ci il tarixində 257 nömrəli tam orta məktəbdə 2022-2023-cü il yeni tədris ili üzrə Metodiki Şuranın ilk iclası keçirilmişdir. İclasda metodbirləşmə sədrlərinin təyin edilməsi, yeni təlim texnologiyaları və strategiyaları, metodiki işin təşkili, məktəbdaxili qiymətləndirmə və s. məsələlərlə bağlı müzakirələr aparılmış, müvafiq siniflər və fənlər üzrə dərs proqramları əsasında şagirdlərin məktəbdaxili qiymətləndirilməsi üçün suallar bankının yaradılması ilə bağlı tapşırıqlar verilmişdir.