Həmkarımız VI qrant lahiyənin qalibidir
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsis edilən və hər il keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin nəticələri açıqlanıb. Müsabiqəyə ümumilikdə 1101 layihə təqdim edilib və paytaxt üzrə 69 layihə qalib olub. Qalib layihələr arasında məktəbin psixoloqu Zöhrə İbrahimova fərdi layihələr kateqoriyası üzrə qrant qazanıb.
“Stop Bulling- empatiya klubu” - Bullinqə qarşı mübarizədə şagirdlərdə empatiya hissinin formalaşdırılması layihəsi üzrə qrant qazanan həmkarımızı kollektiv adından təbrik edir, ona yeni-yeni uğurlar arzulayırıq.
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsinin əsas məqsədi təhsil müəssisələri, eləcə də təhsilverənlər arasında sağlam rəqabəti, innovativ fəaliyyətə stimullaşdırmaqdan ibarətdir.