“VII Məktəblilərarası fənn müsabiqələri”nin qalibi
2021-2022-ci tədris ilində ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən VII Respubliika fənn müsabiqələrinin nəticələri məlum olub.
Bu fənn müsabiqəsində 257 nömrəli tam orta məktəbin VI sinif şagirdi Cəfərli Fateh Xətai oğlu riyaziyyat fənni üzrə II yerin qalibi olmuşdur.
Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.
Məktəbimzin kollektivi adından istedadlı şagirdimizi təbrik edir, ona müvəffəqiyyətlər diləyirik!