"Ailəm və məktəbim" layihəsi "Yay məktəbi"ndə
Ailə -məktəb münasibətlərinin səmərəli təşkili böyüməkdə olan gənc nəslin motivasiyasına, bilik və bacarıqlarını inkişaf etdirməsinə sistemli tövhə verir. Ailə -məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdəndir.
Bunları nəzərə alaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2022-ci ilin iyun-dekabr aylarında ümumtəhsil müəssisələrinə "Ailəm və məktəbim" layihəsinin keçirilməsini tapşırmışdır. Bu gün "Yay məktəbi" layihəsinin qonaqları olan valideynlər uşaqlarla birgə dərslərdə yaxından iştirak etdilər. Uşaqların təhsil mühitilə yaxından tanış olan valideynləri maraqlandıran suallarla cavablandırıldı.