Yay məktəbi layihəsi çərçivəsində dərslər davam edir

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10.06.2022-ci il tarixli F-371 nömrəli əmrinə əsasən, koronavirus (COVİD-19) pandemiyası ilə bağlı 2021-2022-ci tədris ilində təlim prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması, təhsil alanlara zəruri bilik və bacarıqların verilməsi məqsədilə 16-30 iyun tarixində məktəbdə yay məktəbi təşkil olunmuşdur. "Yay məktəbi"ndə şagirdlərdə mütaliə vərdişlərinin artırılması, oxu, yazı, nitq və danışıq bacarıqlarının təkmilləşdirilməsilə yanaşı yaşıl layihə "Təbiəti qoruyanlar"  adlı layihənin təşkili də nəzərdə tutulub."Yay məktəbi" çərçivəsində məktəbin müəllimi Çinarə Paşayeva məktəb həyətinin yaşıllaşdırılması, "məktəbli bostanı"nın yaradılması adlı tədbirlər həyata keçirib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi