"Mənim gündəliyim" adlı oxu müsabiqəsi
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsinə start verilmişdir.
Müsabiqənin keçirilməsinin əsas məqsədi təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məktəblilərin məlumatlılıq səviyyəsinin artırılması, istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsindən ibarətdir.
257 nömrəli tam orta məktəbin şagirdləri ilə 31 may 2022-ci il tarixində müsabiqənin yekun mərhələsi olmuşdur. Şagirdlərin məktəb kitabxanalarından istifadə etməklə Azərbaycan və dünya ədəbiyyatından oxuduqları əsərlərdən hazırladıqları gündəliklər 09 – 30 iyun 2022-ci il tarixlərində keçirilən Bakı şəhər mərhələsinə təqdim olunmaq üçün göndərilmişdir.
Növbəti şəhər mərhələsində isə şagirdlərin təqdim etdikləri gündəliklərə Münsiflər heyəti tərəfindən baxış keçiriləcək, qiymətləndirmə meyarlarına uyğun olaraq ən yaxşı işlər seçiləcəkdir.