1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu tarix bütün dünyada uşaqların müdafiəsi günü kimi qeyd edilir. Tarix boyu hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Dövlətimiz də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub.
Bu əlamətdar gün məktəbdə də xüsusi qeyd olunub. Şagirdlərin iştirakı ilə nağıl əsasında qurulmuş kompozisiyalar, nağıl qəhrəmanlarının personajları, şeirlər, mahnılar, rəqslər və səhnəciklər uşaqlarda xoş əhval -ruhiyyə yaradıb.
Biz də məktəb kollektivi adından uşaqların bayramını təbrik edir, xoşbəxt, sevincli və uğurlu bir həyat yolu arzu edirik. Qoy səhərlərimiz atəş səsiylə deyil, körpə gülüşüylə açılsın. Körpə gülüşü dünyanın sevinc himninə çevrilsin.