Elmi ekskursiyaların təşkili

Dərslərlə yanaşı, məktəbdə təlim ekskursiyalar şəklində də aparılır. Ekskursiya sözü latın mənşəli (excursion) olub, Azərbaycan dilində “hər hansı bir yerə o yeri və ya  obyekti öyrənmək üçün təşkil edilən gəzinti” deməkdir. Ekskursiya elə bir təlim formasıdır ki, şagirdlər hər hansı obyekt və yer haqqında məlumatları həmin yerə (təbiət, zavod, tarixi abidə) gedib görməklə əldə edirlər.

257 nömrəli tam orta məktəbin Fəaliyyət planına əsasən məktəbdə elmi ekskursiyaılar təşkil edilir.  Belə ekskursiyalar həyat bilgisi, botanika, zoologiya, coğrafiya fənləri üzrə aparılır.

Məktəbin 5C sinfi ilə Lənkəran rayonuna, 7A sinfi ilə Qala kəndinə, 6C sinfi ilə Mərdəkana-Nəbatat bağına biologiya və coğrafiya fənləri üzrə elmi ekskursiyalar təşkil edilmişdir.

Bu ekskursiyaların köməyi ilə şagirdlər öyrənilən obyekt və hadisələrlə birbaşa tanış olur, bilik və bacarıqlarını daha da  inkişaf etdirirlər.

Müəllim ekskursiyanın məqsədi, məzmunu, izahat metodu haqqında oranın əməkdaşı ilə razılaşır. Ekskursiya zamanı şagirdlər dərsdə  öyrənidiklərini  müşahidə, izah, söhbət və nümayiş üsulları ilə müqayisə edərək əlavə və yeni biliklər əldə etmiş olurlar.

Ekskursiyanın sonunda şagirdlərin yeni öyrəndiyi biliklər ümumiləşdirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi