Şagirdlərdə antinarkotik dünya görüşünün formalaşdırılması məqsədilə təbliğat işləri davam etdirilir
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2022-ci il üçün İş Planına uyğun olaraq şagirdlər arasında antinarkotik dünya görüşü formalaşdırılması ilə bağlı silsilə tədbirlər davam etdirilir.
Məktəbin həkimi Kəmalə Mövlunova bu gün yuxarı sinif şagirdləri ilə görüşərək narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər və onların nəticələri barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, "bəşəri bəla" kimi qiymətləndirilən narkomaniya dünyada insan həyatını ciddi təhlükə qarşısında qoyan ən qorxulu problemlərdəndir. Görüşün sonunda həkim şagirdləri maraqlandıran sualları da cavablandırdı.