"Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda tədbir keçirildi
Azərbaycan xalqının ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü tamam olur. Məktəbdə təşkil olunan tədbirdə məktəb rəhbərliyi, müəllimlər və yuxarı sinif şagirdəri iştirak edib. Məktəbin tarix müəllimləri Bəxtiyar İsrafilov və İlham Kərimli çıxış edərək ulu öndərin keçdiyi zəngin həyat yoluna nəzər salıblar. Qeyd olunub ki, azərbaycanlı olması ilə daim qürur duyan bu böyük şəxsiyyət ömrünü ölkəmizin tərəqqisi naminə apardığı mübarizəyə həsr edib.Odur ki, Azərbaycanın inkişaf prosesinin əsasını qoyan, müstəqil Azərbaycan dövlətinin memar və qurucusu olan Heydər Əliyev xalqımızın qəlbində daim yaşayır və yaşayacaqdır.
Tədbirdə 9 A sinif şagirdi Fidan Bayramova "Şərəfli ömrün salnaməsi" mövzusunda çıxış etdi. Məktəbin 10 Ç sinif şagirdi Vaqif Xəlilin hazırladığı və Heydər Əliyevə həsr etdiyi video-təqdimat tədbirdə nümayiş olundu.
Bir daha vurğulandı ki, Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri, misilsiz fəaliyyəti olan ulu öndər Heydər Əliyevi xalqımız daima qəlblərdə yaşadacaq və xatirəsini böyük məhəbbət və ehtiramla yad edəcəkdir.