"Sağlam gələcək üçün sağlam qidalanma" mövzusunda dərslər keçirilir

    "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı" nın icrası çərçivəsində məktəbdə  Sağlam qidalanma ilə bağlı mövzular tədris olunur. Bu dərslərdə şagirdlərə sağlam qidalanmanın vacibliyi və əhəmiyyəti çatdırılır. Şagirdlərə hazır qidaların onların orqanizmi üçün ziyan və təhlükəli olması barədə məlumat verilir. Onlara həmçinin qida rejiminin vacibliyi və sağlam qidalanma tövsiyyə olunur. Dərslərdə şagirdlər meyvə-tərəvəz və ağartı məhsullarının insan orqanizminə faydaları barədə də zəruri məlumatlar alırlar. 

    Məlumdur ki, məktəb dövrü uşaqların həm əqli, həm də fiziki cəhətdən intensiv inkişafı dövrüdür. Məhz buna görə də xüsusilə orta təhsil müəssisələrində şagirdlərdə sağlam qidalanma vərdişlərinin formalaşdırılması çox mühüm məsələdir. Bunun üçün də məktəbdə bu istiqamətdə məqsədyönlü işlər aparılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi