"Yaşıl layihə"- Açıq havada dərs
Təhsilalanların ekoloji maarifləndiriıməsi, onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı uşaqların aşkara çıxarılması, təbiət fənlərinin digər fənlərlə inteqrasiyasını əldə rəhbər tutaraq 29 aprel 2022-ci il tarixində 257 nömrəli tam orta məktəbin Azərbaycan dili və riyaziyyat dərsləri açıq havada təşkil olunmuşdur.
Bu fənlərin açıq havada keçiriməsinin şagirdlərdə necə xoş bir ruh yüksəkliyi yaratdığını onların üzlərindəki ifadədən də aydın görmək olur. Bu da onu göstərir ki, insan hər zaman təbiətlə vəhdətdə olmuşdur. Məhz bu səbəbdən də fənn müəllimləri şagirdlərinə təbiəti sevməyi və qorumağı təlqin edir, onlara ətraf mühiti,ekologiyanı qorumağın necə bir məsuliyyətli iş olduğunu anlatmağa çalışmışlar.
Təbiət bizim “yaşıl evimiz”dir. Onu həmişə qorumalıyıq!