“Zəfər tarixi”- I konfrans

     Bakı Şəhəri üzrə  Təhsil İdarəsinin  əmri ilə ümumi təhsil müəssisələrində 2022-ci ilin aprel-noyabr  aylarında  interaktiv  şəkildə “Zəfər tarixi” adlı konfranslar təşkil  edilir. Konfransların  iştirakçıları ümumi təhsil müəssisələrinin  tarix müəllimləri  və  9-cu  sinif şagirdləridir.

    28 aprel 2022-ci il tarixində 257 nömrəli tam orta məktəbin akt zalında “Zəfər tarixi”nin l konfransı keçirildi.

    Məqsəd şagirdləri Zəfər tariximiz barədə məlumatlandırmaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşan, şəhid olan qəhrəmanlarımızı şagirdlər arasında tanıtmaq, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etməkdir.

    Konfrans iştirakçıları əvvəlcə Qarabağ müharibəsində həlak olan şəhidlərimizi 1 dəqiqəlik sükutla yad etdilər

    Konfransda məktəbin “Zəfər tarixi” fənnini tədris edən müəllimləri  9-cu sinif şagirdlərinin iştirakı  ilə  Zəfər  tariximiz  barədə izləyicilərə məlumat verdilər. Sonra  Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış oğullarımız barədə video- süjetlər nümayiş etdirildi.

    Konfransın sonunda məktəbin direktoru yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində və məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində  əhəmiyyətli rolu olan “Şahinlər” hərbi-idman oyununda II yerin qalibi olmuş şagirdlərimizə "Fəxri Diplom" təqdim edərək onlara daha böyük uğurlara imza atmaq yolunda müvəffəqiyyətlər arzuladı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi