"Təbiəti qoruyanlar" adlı layihəyə start verildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-138 nömrəli əmrinə əsasən Yaşıl layihə: "Təbiəti qoruyanlar" adlı layihənin keçirilməsi ilə bağlı Tədbirlər Planına uyğun görüləcək işlərə start verildi. İlk olaraq Tədbirlər Planına uyğun görüləcək işlərlə kollektiv tanış edilib. Layihənin həyata keçirilməsində əsas məqsəd şagirdlərin maarifləndirilməsi, onların ekoloji biliklərinin artırılması, istedadlı və yaradıcı uşaqların aşkara çıxarılması, müəllim-şagird, şagird-şagird əməkdaşlığının inkişafı, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması kimi qlobal məsələlərin həllidir.
Məktəbin 4 ç sinif şagirdləri layihəyə ilk qoşulanlardan oldular. Sinif şagirdləri özləri hazırladıqları quş yuvalarını məktəbin və məktəbin yaxınlığında yerləşən parkın ərazisindəki ağaclara asdılar. Bu işdə uşaqlara valideynlər də böyük dəstək oldular. Bazar günü isə şagirdlərin sahibsiz heyvanlara qulluq və düzgün münasibətin formalaşdırılması tədbirləri çərçivəsində Bakı Zooloji Parkına ekskursiyası təşkil olundu.