"Oxu günü" tədbiri keçirildi

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-103 nömrəli əmrinə əsasən 19-23 aprel tarixlərində "Oxu günü" tədbirinin keçirilməsi nəzərdə tutulub. Tədbirin keçirilməsində əsas məqsəd mütaliəni həyat tərzinə çevirmək, şagirdlərdə bu işə marağı daha da artırmaq və onlarda mütaliə vərdişi yaratmaqdır. Şagirdlərə bu barədə məlumat verən sinif müəllimləri bildiriblər ki, milli dəyərlərin, mədəni irsin və adət-ənənələrin qorunub saxlanaraq nəsillərə ötürülməsində mütaliə əvəzsiz təsir gücünə malikdir. Tədbir çərçivəsində şagirdlər oxuduqları bədii ədəbiyyatları müzakirə ediblər. Məktəbin 4 Ç sinif şagirdləri, sinif müəllimi İlhamə Həsənovanın təşkilatçılığı ilə tədbiri açıq havada keçiriblər. Tədbirdə şagirdlər həm dincəlib, həm də maarifləndirilib.

    Belə ki, aprelin 23-ü Ümumdünya kitab və Müəlliflik Hüququ Günü olması barədə şagirdlərə zəruri məlumatlar verilib.

    Sonda şagirdlər bir-birinə qarşılıqlı kitab hədiyyə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi