Oxu Günü
Hər il aprelin 23-də Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə respublikanın rayon və şəhərlərində ümumi təhsil müəssisələrinin iştirakı təmin olunmaqla kütləvi “Oxu günü” tədbiri keçirilir.
“Oxu günü” çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü barədə şagirdlərə zəruri məlumatlar verili, məktəblərdə seçmə yolla bədii əsərlərin oxusu və müzakirəsi təşkil edilir. Layihənin hədəfi yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağının artırılması, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.
“Oxu günü” layihəsinə bu il ənənəvi olaraq 257 nömrəli tam orta məktəb də qoşulub. Məktəbin 6C sinfində bu maraqlı layihə ilə əlaqədar olaraq S.S.Axundovun “Qaraca qız” hekayəsinin mütaliəsi təşkil olunmuşdur. Şagirdlər ədəbiyyat dərsində müəllim Ülviyyə Ələsgərova ilə birlikdə hekayənin müzakirəsinə qoşulmuş, obraz və hadisələri təhlil edərək fikir mübadiləsi etmişlər. Sonra onlar “Qaraca qız” hekayəsinin ssenarisi əsasənda çəkilmiş eyni adlı filmdən fraqmentlərə baxmış, əsərlə kinofilm arasındakı oxşar və fərqli cəhətləri müqayisə etmişlər.