"Şahinlər" komandasının uğuru

"Şahin" hərbi-idman oyunu 1996-cı ildən başlayaraq VIIl-X sinif şagirdəri arasında keçirilən çoxməqsədli və maraqlı layihələrdən biridir. Bu oyunlar böyüməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını artırmaq, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərmək məqsədi ilə keçirilir. Gənclər və İdman, Təhsil, Müdafiə, Fövqəladə Hallar, Mədəniyyət və Turizm Nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Respublika Veteranlar Şurasının birgə qərarına əsasən təşkil edilən oyunlar ildən-ilə təkmilləşərək kütləviləşmiş və məktəblilərin maraqla qatıldığı oyunlara çevrilmişdir. Hər il bu oyunlara 100 minədək məktəbli gənc cəlb olunur.

16.04.2022-ci il tarixində"Şahin" hərbi-idman oyunlarının  rayon mərhələsi keçirilmişdir.  

257 nömrəli tam orta məktəbin “Şahinlər” komandası da bu hərbi-idman oyununda müvəffəqiyyətlə çıxış edərək, 37 orta ümumtəhsil məktəbləri arasında yarışın 5 mərhələsi üzrə öz qüvvələrini sınayaraq II yerə layiq görülmüşlər.

Məktəbin müəllim və şagird kollektivi adından gənc “şahin”lərimizə hər zaman qalibiyyət qazanmağı diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi