“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda inşa yazı müsabiqəsinin qalibi
Xətai rayonunda Bakı şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov çıxış edərək müsabiqənin qaydaları və məqsədi haqqında məlumat verib. O qeyd edib ki, Xətai rayon məktəbləri üzrə 12 şagird müsabiqədə qalib gələrək yekun turda iştirak edəcək. Sonra ilk turda qalib olan şagirdlər inşalarını təqdim ediblər.
Qalib şagirdlərdən biri də 257 nömrəli tam orta məktəbin 8B sinif şagirdi Çinarə Əsədzadə olmuşdur.
Tədbirin sonunda qalib şagirdlərə diplomlar təqdim olunub.