"Yaradıcı müəllim" müsabiqəsinin qalibi

             Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilmiş “Yaradıcı müəllim” mövzusunda təqdimat müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Müsabiqənin məqsədi və əhəmiyyəti  “Yaradıcı müəllim” mövzusunda təqdimat müsabiqəsinə təqdim etdikləri yenilikləri ilə seçilən müəllimlərin dəyişən, yenilənən dünyamızın, cəmiyyətimizin quruculuğunun fəal iştirakçılarından olduqlarını diqqətə çatdırmaq olmuşdur.

Məktəbimizin riyaziyyat müəllimi Aybəniz Mehralıyeva “Yaradıcı müəllim” müsabiqəsinin  qaliblərindən biri olmuşdur. O, BŞTİ tərəfindən "Təşəkkürnamə" ilə mükafatlandırılmışdır.

257 nömrəli tam orta məktəbin müəllim kollektivi adından Aybəniz müəllimi təbrik edir, ona uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi