Başqa xalqlarda Novruz bayramı

    Novruz bayramı əslində bütün bəşəriyyətin bayramıdır. Yer üzündə elə bir xalq, elə bir insan ola bilməz ki, təbiətin bu "Nazlı Sultanı"nın gəlişinə sevinməsin, onu coşqu ilə qarşılamasın. Baharın gəlişi də təbii bir proses olduğundan o bütün bəşəriyyətə aiddir. BMT Baş Məclisinin 64-cü sessiyasının qəbul etdiyi qərara uyğun olaraq, martın 21-i “Novruz beynəlxalq günü” kimi təsdiq edilib. Azərbaycanın təşəbbüsü ilə hazırlanmış qətnamə layihəsinə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Əfqanıstan, İran, Albaniya, Hindistan və Makedoniya da qoşulub.

    257 nömrəli tam orta məktəbin tarix müəllimi Bəxtiyar İsrafilov 6A və 6Ə siniflərində şagirdlərlə Novruz bayramının digər xalqlarda necə keçirildiyi barədə maarifləndirici söhbət aparmışdır. O, Novruz bayramının bugünkü Türk toplumlarında da eyni gündə 20-21 Martda keçirilməsi, onun Türk milli Bayramı olduğunu, bu bayramın bütün Türk toplumlarında, həmçinin Türklərin qurduğu bütün dövlətlərdə bayram kimi qeyd edildiyini söyləmişdir.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi