31 Mart Soyqırımı Günü ilə bağlı təqdimat

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər.  Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür.

Ulu Öndər  Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalamışdır.

257 nömrəli tam orta məktəbdə  hər il 31 Mart Soyqırımı Günü anılır, şagirdlərlə bu faciəli gün barədə maarifləndirici işlər aparılır, müxtəlif təqdimatlar göstərilir.

28 mart 2022-ci il tarixində bu mövzu ilə bağlı məktəbin 8Ç sinfində videoçarx nümayiş etdirilmiş, şagirdlərə erməni cəlladlarının törətdikləri vəhşiliklər, günahsız insanlara verdikləri zülmlər barədə məlumatlar verilmişdir.

Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi