" Bahar bayramı" adlı tədbir

Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin 1 mart 2022-ci il tarixli F - 85 nömrəli əmri ilə təsdiq edilmiş "Bahar çələngi" layihəsinin icrası ilə bağlı Tədbirlər Planına əsasən məktəbin  akt zalında “Bahar bayramı” adlı  tədbir keçirildi. Tədbir  iştirakçıları xalqımızın əsrlər boyu qoruyub-saxladığı mənəvi dəyərləri ifadə edən səhnələrə və geyimlərimizin, xalq yaradıcılığının, el sənətkarlığının ən gözəl nümunələrinə tamaşa ediblər.

Məktəb şagirdlərinin rəngarəng rəqsləri, musiqiçilərin ən qədim musiqi alətlərində ifası şənlik iştirakçıları tərəfindən maraqla qarşılanıb.Tədbirdə həmçinin güləş yarışları təşkil edilib, tamaşalar göstərilib, mahnılar oxunub, bayatılar söylənilib, rəqslər nümayiş etdirildi. Məktəbin direktoru Qarat Qaratov  tədbir iştirakçılarını “Novruz bayramı” münasibəti ilə təbrik edib, onlara cansağlığı, ailə səadəti, barışıq və dostluq bayramı olan “Novruz”un Azərbaycan xalqına uğur, bol ruzi-bərəkət gətirməsini arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi