IX siniflərdə növbəti monitorinq
16 mart 2022-ci il tarixində 257 nömrəli tam orta məktəbin IX siniflərində növbəti monitprinq keçirilmişdir. Azərbaycan bölməsinin şagirdləri Azərbaycan dili, riyaziyyat və ingilis dili fənlərindən, rus bölməsinin şagirdləri isə rus dili, riyaziyyat və ingilis dili fənlərindən verilən qapalı və açıq tipli tapşırıqları yerinə yetirmişlər.
Monitorinqdə məktəbin IX sinif şagirdlərinin hamısı yüksək fəallıq göstərərək böyük həvəslə iştirak etmişdir.
Monitorinqin nəticələri barədə tezliklə şagird və valideynlər məlumatlandırılacaqdır.