"Bahar çələngi" layihəsi üzrə mühazirə
257 nömrəli tam orta məktəb "Bahar çələngi" layihəsi üzrə tədbirlərin keçirilməsini davam etdirir. Növbəti tədbir məktəbin biologiya müəllimi Marifə Şəkərovanın "Novruz bayramı" mövzusunda təqdim etdiyi mühazirə olmuşdur. O, 8Ç sinif şagirdlərinə xalqımızın milli bayramı olan Novruz bayramı haqqında geniş məlumat vermiş, şagirdlərin bəzilrəinin verdiyi sualları cavablandırmış, onlara səməni nümayiş etdirmişdir.