"Bahar çələngi" adlı sinif təşkilat saatları

    Mənəvi mədəniyyətimizin bir hissəsi olan Novruz bayramı ərəfəsində şagirdləri milli-mənəvi dəyərlərimiz barədə məlumatlandırmaq, onları bu dəyərlərə ruhunda tərbiyə etmək və şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirmək məqsədilə həyata keçirilən "Bahar çələngi" adlı Novruz tədbirləri davam edir. Bu gün tarixi qədim köklərimizlə bağlı olan və əsrlərdən bəri böyük təntənə ilə qeyd olunan Novruz bayramı və onun keçirilməsi adətlərindən sinif təşkilat saatlarında söhbət açılıb. Qeyd olunub ki, əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət -ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. 
    Təşkilat saatında həmçinin Novruz süfrəsi və Novruz xonçalarından da söz açılıb. Vurğulanıb ki, xalqımızın milli bayramı olan Novruz yadda bolluq, xeyirxahlıq və gözəllik bayramı kimi qalıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi