"Bahar çələngi" layihəsi üzrə keçirilmiş açıq dərs
257 nömrəli tam orta məktəbin 5F sinfində məktəbin biologiya müəllimləri Başxanım İsmayılova və Nahidə Çobanova "Bahar çələngi" layihəsinə həsr olunmuş açıq dərslər keçirmişlər. Şagirdlər açıq dərs zamanı böyük fəallıq göstərmiş, milli bayramımız olan Novruz bayramına aid verilən tapşırıqları həvəs və maraqla yerinə yetirmişlər.
Dərsləri məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini və digər müəllimlər də izləyərək, müəyyən qeydlər aparmışlar.