"Bahar çələngi" adlı ədəbi- bədii kompozisiya keçirildi
"Bahar çələngi" layihəsinin həyata keçirilməsilə bağlı tədbirlər davam edir. Bu gün məktəbin 1F və 2 D siniflərində layihə çərçivəsində şagirdlərin iştirakı ilə ədəbi-bədii kompozisiya keçirildi.
Novruz bayramı min illərdən bəri el arasında yaşayan bayramlardan biridir. Bu bayramda oxunan nəğmələr, göstərilən tamaşalar, həyata keçirilən mərasimlər folklorumuzun tərkib hissələrindəndir. Məhz buna görə tədbirdə Novruz bayramı ilə yanaşı onun qaynaqlandığı şifahi xalq yaradıcılığından söz açıldı, Novruz süfrəsini bəzəyən milli mətbəximizlə bağlı söhbət edildi. Novruz sərhəd bilməyən, yazın gəlişini bildirən böyük el bayramıdır. Şagirdlər Novruzun gəlişini tərənnüm edən şeirlər söyləyib, mahnılar oxuyub, rəqslər etdilər. Tədbirə qatılan kosa ilə keçi şagirdlərin sevincinə səbəb olub, gecəni daha yadda qalan etdi.