Novruz bayramı mövzusuna həsr olunmuş "Dəyirmi masa"
257 nömrəli tam orta məktəbdə Tədbirlər planına daxil edilmiş “Bahar çələngi” layihəsi ilə bağlı silsilə tədbirlərin keçirilməsinə start verilmişdir.
Məktəbin 7A sinif şagirdləri bahar fəslinin gəlişi, Novruz bayramı adət-ənənələri ilə bağlı “Dəyirmi masa” təşkil etmişlər. Şagirdlər Novruz atributlarları haqqında məlumatlar vermiş, bu mövzulara aid çəkdikləri rəsm əsərlərini də nümayiş etdirmişlər.