"Ən yaxşı təqdimat" müsabiqəsi

11 mart 2022-ci il tarixində Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərin iştirakı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmrinə əsasən 257 nömrəli tam orta məktəbin akt zalında tədbir keçirilmişdir.

Məktəbin IX-XI sinif şagirdləri ulu öndər H. Əliyevin 99-cu ildönümü ilə bağlı hazırladıqıarı təqdimatları videoçarxlar vasitəsilə nümayiş etdirmiş, Ümummilli lider haqqında geniş məlumat vermişlər.

Şagirdlərin təqdimatına məktəbin ditektoru, təlim-tərbiyə işləri üzrə direktor müavini, ədəbiyyat və tarix müəllimlərindən ibarət heyət baxış keçirmiş, “Ən yaxşı təqdimat” adı XA sinif şagirdi Allahverdiyeva Fidan və Xsinif şagirdi Vaqif Xəlilin hazırladığı təqdimatlara verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi