"Bahar çələngi" adlı Novruz guşəsi hazırlandı

    Məktəbin fəaliyyət planına uyğun olaraq şagirdləri mənəvi mədəniyyətimizin bir hissəsi olan Novruz bayramı, bütövlükdə milli-mənəvi dəyərlərimiz barədə məlumatlandırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyllərini gücləndirmək məqsədilə "Bahar çələngi" layihəsi ilə bağlı silsilə tədbirlər keçirilməsi nəzərdə tutulub. İlk olaraq şagirdlərin əl işlərindən ibarət Novruz guşəsi və divar qəzetləri hazırlanaraq sərgilənib. Novruz guşəsi, milli adət-ənənələrə əsasən bəzədilib, qədim xalılar salınıb,səmənilər, şamlar düzülüb. Xonçalar bəzədilib, rəngli yumurtalar, şor qoğal, şəkərbura ilə bəzənmiş xonçalar guşəyə xüsusi rəngarənglik qatıb.

    Guşənin hazırlanması şagird və müəllim kollektivi tərəfindən böyük maraqla qarşılandı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi