Duyğularımızı tanıyaq

    10.03.2022-ci il tarixində 257 nömrəli tam orta məktəbin Fəaliyyət planına əsasən məktəbin psixoloqu Zöhrə İbrahimova 4Ç sinif şagirdləri ilə "Duyğularımızı tanıyaq" adlı psixodiaqnostik iş aparmışdır.
    Psixoloq tərəfindən mövzu ilə bağlı şagirdlərə ətraflı məlumat verildi. Mövzunun yaxşı mənimsənilməsi üçün şagirdlər müxtəlif mətn nümunələri üzrə rollu oyunlara cəlb olunaraq duyğularını jest və mimikalar vasitəsilə ifadə etməyə, adlandırmağa başladılar. Sonra hər bir şagirdə altı təməl duyğunun- kədər, xoşbəxtlik, qorxu, təəccüb, qəzəb, sevinc- qeyd edildiyi çalışma vərəqəsi paylanaraq aşağıdakı təlimat verildi: “Əziz uşaqlar, sizlərə paylanan vərəqənin üzərində içi boş bir ürək şəkli var. Bu, sizin ürəyinizdir. Yan tərəfdə isə duyğularımızın adları yazılıb. Sizdən xahiş olunur ki, hiss etdiyiniz duyğuları düşünəsiniz və boş ürək şəklini həmin rənglərə uyğun boyayasınız. Bildirildi ki, hər duyğunu yaşamaq normaldır. Ürəyinizi keçirmiş olduğunuz duyğuya görə boyaya bilərsiniz. Sonra şagirdlərdən rəngləmələrinə uyğun olaraq duyğularını və onların səbəblərini anlatmaları istənildi. Şagirdlərə ünvanlanan suallar cavablandırıldıqdan sonra duyğulara həsr olunan dərs “Duyğularımız bizi insan kimi var edən ən vacib sərvətimizdir! ”nəticəsinə gələrək yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi