“İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu” mövzusunda dəyirmi masa

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə bağlı tədbirlərlə əlaqədar olaraq 257 nömrəli tam orta məktəbdə bu mövzu ilə bağlı məktəbin 8-ci sinif şagirdləri “Dəyirmi masa” təşkil etmişlər.

Şagirdlər dəyirmi masa arxasında toplaşaraq XIX əsrin ikinci yarısından etibarən Cənubi Qafqazda maarifçilik hərəkatında İrəvan Müəllimlər Seminariyasının xüsusi yeri olduğu haqda diskusiyya etmiş, 1881-ci ilin noyabr ayında fəaliyyətə başlayan İrəvan Müəllimlər Seminariyasının çar hakimiyyətinin bölgədəki maraqları naminə yaradılmasına baxmayaraq, 40 ilə yaxın müddətdə hazırladığı müasir dünyagörüşünə malik yüksəkixtisaslı milli müəllim kadrları ilə azərbaycanlıların üstünlük təşkil etdiyi İrəvan mahalında ədəbi-ictimai, elmi-mədəni həyatın ənənəvi dolğunluğunun qorunub saxlanılmasında təqdirəlayiq xidmətlər göstərdiyi barədə müzakirələr aparmış, fikirlərini maraqlı faktlarla möhkəmlətmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi