İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu
Bu il İrəvan Müəllimlər Seminariyasının 140 illiyi qeyd olunacaq. Bununla bağlı Azərbaycan Prezidenti tərəfindən 29 dekabr 2021-ci il tarixində müvafiq sərəncam imzalanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə bağlı tədbirlər müəyyənləşdirilib.
257 nömrəli tam orta məktəbin Tədbirlər planına əsasən, məktəbin akt zalında “İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu” mövzusunda tədbir keçirilmişdir.
Tədbir iştirakçıları görkəmli maarifpərvər ziyalı Firidun bəy Köçərlinin İrəvan Müəllimlər Seminariyasında müəllim kimi fəaliyyəti ilə bağlı xeyli maraqlı faktlar söyləmiş, seminariyanın məzunları sırasında olan xalqımızın bir çox tanınmış şəxsiyyətləri və görkəmli ziyalıları haqqında da məlumatlar vermişlər.