İdman həftəsinin yekunu
257 nömrəli tam orta məktəbdə artqı bir həftədir ki, davam edən Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş “İdman həftəsi” layihəsi artıq başa çatmışdır.
"İdman həftəsi" ərzində məktəbdə müxtəlif mövzuda silsilə tədbirlər keçirilmiş, Bədən Tərbiyəsi və İdman Gününün məqsədi və əhəmiyyəti barədə şagirdlərə geniş məlumatlar verilmişdir.
Bu münasibətlə məktəbin akt zalında mükafatlandırılma tədbiri həyata keçirilmişdir. Tədbirdə məktəbin direktoru çıxış edərək şagirdlərə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə uğurla həyata keçirilən idman siyasəti, respublikamızda idmana və idmançılara göstərilən yüksək diqqət və qayğı barədə söhbət acmış, ölkəmizin dünyanın ən mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etməklə bu gün dünyanın güclü idman mərkəzlərindən birinə çevrildiyini qeyd etmişdir.
Sonra “İdman həftəsi” ərzində keçirilən yarış və müsabiqələrdə yüksək nəticələr göstərmiş siniflər və qalibiyyət qazanmış şagirdlər məktəbin direktoru və müəllim kollektivi tərəfindən “Fəxri fərman”lar təqdim edilərək mükafatlandırılmışlar.
Sonda bu möhtəşəm həftədən xatirə qalacaq kollektiv şəkillər çəkdirilmişdir.