Esse müsabiqəsi
04.03.2022-ci il tarixində 257 nömrəli tam orta məktəbin ibtidai və yuxarı sinif şagirdləri arasında idman həftəsinə həsr olunmuş esse müsabiqəsi keçirilmişdir.
Esse yazılar məktəbin Azərbaycan dili müəllimləri tərəfindən yoxlanılaraq rəy verilmişdir. İbtidai sinif şagirdləri arasında 3Ç sinif şagirdi Hidayətli Ömər Erkin oğlu I yer, 2Ç sinif şagirdi Yusifzadə Sərdar Ruslan oğlu II yer, 4B sinif şagirdi Muradova Səbinə Amer qızı III yer, 9Ç sinif şagirdlərindən: Hacıməmmədli Fəridə İlham qızı I yer, Savalanlı Arzu Sadiq qızı II yer, Nəsibli Ayan Azər qızı III yerə layiq görülmüşlər.