Idman oyunları
257 nömrəli tam orta məktəbdə idman oyunlarının keçirilməsi davam edir. Oyunları keçirməkdə məqsəd bədən tərbiyəsi və idmanın məktəblilər arasında kütləviliyinin, məktəblilərin fiziki sağlamlığının və idman vərdişlərinin artırılması, ümumtəhsil müəssisələrində fiziki tərbiyə fənninin tədrisinin təkmilləşdirilməsi, onlar arasında idman və dostluq əlaqələrinin möhkəmləndirilməsi, onlara vətənpərvərlik hissinin aşılanması və məktəblilərin asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub.
3 mart tarixində məktəbin 10-11-ci sinif şagirdləri arasında “ qol güləşi” adlı oyun keçirildi. Şagirdlərdən İsmayılov Məqsəd, Məmmədov Emil və İmanquliyev Aqşin bu oyun zamanı böyük səbir və güc göstərmiş, həmyaşıdlarından fərqlənərək qalib gəlmişlər.
Məktəbin ibtidai sinif şagirdləri də idman oyunlarında fəal iştirak edirlər. Onlar bu dəfə “ Şən startlar” adlı yarış təşkil etmiş və böyük həvəslə bu yarışda iştirak etmişlər.