İdman həftəsində rəsm müsabiqəsi
İdman həftəsinin bu günki proqramına uyğun ibtidai siniflərdə "İdman -sağlam həyat müsabiqəsi təşkil olunub. İnsan sağlamlığında idmanın rolu, idmanın müxtəlif sahələrinin təsviri mövzularında rəsmlər təqdim olunub. Rəsmlərin işləmə texnikası sərbəst seçilmiş və müxtəlif texniki vasitələrdən istifadə edilib. Rəsm işləri təqdim edilərkən şagirdin adı, soyadı oxuduğu sinif qeyd olunub.
Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin fiziki tərbiyə və idmana olan marağı artırmaq, sağlam həyat tərzinin formalaşmasında əsas rol oynayan idmanın təbliği, şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi, istedadlı şagirdlərin aşkar edilməsi və asudə vaxtın təşkilidir.
Müsabiqədə seçilən ən yaxşı işlərin mükafatlandırılması nəzərdə tutulub.