"Reproduktiv sağlamlıq" mövzusunda seminar

    Təhsil Nazirliyi arasında olan razılaşmaya əsasən, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən ümumi təhsil məktəblərinin müəllimləri və eləcə də ayrı-ayrılıqda oğlan və qız şagird qrupları üçün “Reproduktiv sağlamlıq” mövzusunda mütəmadi şəkildə seminarlar təşkil olunur. Uşaqlar arasında reproduktiv sağlamlıqla bağlı həmin maarifləndirmə tədbirləri indiyədək ölkənin bir çox şəhər və rayonlarında yerləşən ümumi təhsil müəssisəsində həyata keçirilmişdir.
Hazırkı pandemiya şəraiti nəzərə alınmaqla, layihənin yeni formatda - xüsusi karantin rejiminə uyğun olaraq keçirilməsi, yəni məktəblərə kənar şəxslərin girişi olmadan, məktəbin öz müəllimləri tərəfindən təqdimatın təşkil olunması məqsədəuyğun sayılmışdır.  
    257 nömrəli tam orta məktəbin 6 və 7-ci sinif şagirdlərinə oğlan və qız şagird qrupları üçün ayrı-ayrılıqda olmaqla (oğlan qrupuna kişi müəllimin seminar keçməsi vacibdir) öz müəllimləri tərəfindən “Reproduktiv sağlamlıq” mövzusunda təqdimatın keçirilmiş, şagirdlər bu mövzuda maarifləndirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi