"5 mart -Bədən Tərbiyəsi və İdman Günü" həftəsində idmançılarla görüş

    Təhsil Nazirliyi təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, idman və bədən tərbiyəsinin inkişafı istiqamətində məqsədyönlü işlər aparır. Buna müvafiq, şagirdlərin idmana olan marağının artırılması məqsədilə 28 fevral -4 mart 2022-ci il tarixilərində ümumtəhsil müəssisələrində idman həftəsinin keçirilməsi təklif edilib. 

    Layihə çərçivəsində məktəblilərin iştirakı ilə keçiriləcək tədbirlərin gündəlik proqramı haqqında müəllimlər və şagirdlərə məlumat verilib. Layihənin ikinci günün proqramına uyğun olaraq idman nailiyyətləri idmançılarılarla görüş keçirildi. Məktəbin direktoru Qarat Qaratov qonaqları salamladı. Dəvət olunan idmançılardan Polad Həsənov məktəbimizin məzunudur. Gənc basketbolçu qazandığı yüksək nailiyyətlərdən söhbət açaraq bədən tərbiyəsi və idmanın sağlamlığa, fiziki inkişafa böyük təsirindən danışdı. Qazandığı uğurlara görə təhsil aldığı doğma məktəbə, ona dərs deyən müəllimlərə böyük minnətdarlığını bildirdi.

    Digər qonağımız Hüseynov Əbdülcəlal cüdo idman növü ilə məşğul olan gənc idmançı öz nailiyyətləri barədə söhbət açaraq, idmanla məşğul olmağın faydalarından danışdı. 

    Görüşün sonunda söz əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim, Muay-tay üzrə dünya çempionu, Uşusanda və Muay-tay üzrə yığma komandanın baş məşqçisi Vüqar Əsədova verildi. İdmançının yetirməsi və oğlu olan Əsədzadə Məmmədrəsul da görüşdə iştirak edirdi. Görüşdə Vüqar Əsədovun digər bir yetirməsi dünya çempionu və dəfələrlə respublika çempionu, 4 dəfə peşəkar kəmər döyüşünün qalibi Xalidə Mirzəyeva da iştirak edirdi.

    Görüş şagirdlər tərəfindən çox böyük maraqla qarşılandı. Sonda idmançılar görüş iştirakçıları ilə xatirə şəkillər çəkdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi